Bu yazını günlər əvvələ, tətilin tam sonrasına planlasam da, tətildən sonrakı iş gərğinliyi, tez başlamış dərs ili, biraz səhhət məsələləri bu planı indiyə qədər gecikdirdi. Bütün bu proseslər içində bir daha əmin oldum ki, tətil ən çox tətildən yeni qayıdana lazımdır ibarəsi çox doğrudur. Xüsusən bu tətil içinə heç bilmədiyiniz yerlərə səyahət də daxildirsə, xatirələri beyindəki uyğun rəflərə yerləşdirmək, yeni alınan bilgiləri mənimsəmək üçün bir qədər vaxta ehtiyac olur.
İnstaqram səhifəsindən də əgər izləyirdinizsə, səyahət Amerikaya idi, daha doğrusu Amerikanın iki ştatına, Virjinia və Filadelfiya.. Hər ikisinin təbiəti ilə yanaşı, yaşamaq üçün çox uyğun şəraitləri diqqətimi çəkdi. Qida cəhətdən restoranları və marketləri bir-birindən ayrı dəyərləndirmək lazımdır. Hər ikisi üçün bir qayda var, Amerikan alıcısı hələ Avropadakı kimi seçici deyil və ya daha dəqiq desəm, seçicilər mütləq vardır, çünki orqanik qida çeşidləri həddindən artıq çoxdur, amma bu kütləvi deyil. Böyük fast food zəncirlərindən aşağı-yuxarı hər yerdə müəyyən səviyyədə yemək tapmaq mümkün olsa da, onların yeməkləri yeknəsəq olduğu üçün uzun müddətdə yorucu ola bilər. Restoranlar isə böyük şəhərlərdə yaxşıları tapılır, amma əyalətlərdə buranın Fransa, ya da İtaliya olmadığını tam şəkildə xatırladır. Marketlər dolu-doludur, heç vaxt görmədiyim çeşidlər və ağla gələn hər şey, GMO-lu və başqa zərərli qidalardan uzaq olmaq üçün sadəcə biraz ehtiyatlı olmaq və ya işi rahatlaşdırmaq üçün bahalı da olsa, orqanik qidalar almaq lazım gəlir. Ən təəccübləndirən məni Filadelfiya və Nyu-yorkda olan Netcost adlı rus marketləri oldu, burada bizim gündəlik istifadə etdiyimiz hər şeyi çox rahatlıqla tapmaq olardı, Makfa unlarından başlayaraq Saville dolmalıq üzüm yarpaqlarına qədər, meyvə-tərəvəz reyonu isə o qədər geniş idi ki, xaricdə çətin tapılan qara reyhan və balaca badımcan da vardı, hətta sarıkök bitkisinin təzəsini belə satırlar.
Amerikadan və yaşamaq üçün şəraitdən danışmışkən ən bəyəndiyim şey – piknik zonalarından da yazım. Piknik üçün hər şəraiti olan parklar demək olar ki, hər evin 5-10 dəq. uzaqlığında mövcuddur, bu zonalarda qril, su, oturacaqlar, tualet var, insanlar həftəsonlarını bucür bölgələrdə öz barbekyusunu edib, çəmənlikdə oynayaraq keçirdirlər. Bizim qohumlarımız Şirazi əmi və Güllü xala Qarabağ futbol komandasının Çempionlar Liqasına keçməsi münasibətilə piknik təşkil etdilər, standart amerikan balaca barbekyu ilə və ya əlində balaca sandviçlə pikniyə gedirdisə, biz bol-bol hər çeşiddən kabablar, salatlar və hətta Azərbaycandan gələn samovardan kəklikotulu çayla piknik etdik. 🙂 Qrillənmiş tərəvəzlərin içində qarğıdalı olması mənim də işimə yaradı, çoxdandır planladığım yazı üçün fotolar çəkdim, eyni zamanda bu qarğıdalı italyan üsulu otlar və parmezan pendiri ilə hazırladım. Bucür qarğıdalı kimə çatdısa, hamı bəyəndi.
Qarğıdalı mənim üçün desert qədər sevdiyim (çox nadir olur bu) tərəvəzdir. İllərlə biz ənənəvi qarğıdalını çox bişirib, dadlı-duzlu yemişik, keçən il isə bazara şirin qarğıdalılar gəldi, doğrusu əslində xarici ölkələrdə məhz bu çeşid yemək üçün nəzərdə tutulur, amma bizim üçün alışmaq biraz daha çətin olacaq düşündüm. Bu il Azərbaycan bazarında ənənəvi, hər zaman yediyimiz qarğıdalı yoxa çıxdı, satışda olanların hamısı şirin qarğıdalı idi. Sizi bilmirəm, amma mənim gözüm hələ də ənənəvi qarğıdalını axtarır, amma şirin qarğıdalının da avantajları az deyil, məsələn, kababa və ya doğrusun desək qrillənmiş halına ənənəvi qarğıdalı şirin qarğıdalı kimi yaramırdı, çünki, o gec bişirdi və bişməsi uzun müddət çəkdiyi üçün suyu tamamilə çəkilirdi. Beləliklə,
İtalyan üsulu qrillənmiş qarğıdalılar
• 6 şirin qarğıdalı
• 50 qr. kərə yağı + 1 x.q. kərə yağı
• ½ dəstə cəfəri (petruşka)
• Zövqə görə duz və qarabibər
• ½ st. rəndələnmiş parmezan pendiri
• ¼ ç.q. pul bibər
• 3 diş sarımsaq (çox xırda doğranmış və ya əzilmiş)
Hazırlanma qaydası:
- Sarımsaqlı yağı düzəltmək üçün yağı, sarımsağı, pul bibəri və cəfərinı (xırda-xırda doğrayıb) bir qabda bir-birinə qarışdırın.
- Qarğıdalıların üst qabığını aralayın, tamam qopara bilərsiniz və ya mən şəkildə qoyduğum kimi yuxarı qaldıra bilərsiniz. 1 x.q. qaşığı kərə yağını ehmalca qarğıdalıların üzərinə sürtüb, zövqə görə duz və qara istiot vurub folqa ilə hər birini ayrılıqda bükün.
- Qrildəki kömürləri yandırın və külə dönməsini gözləyin (adətən kababdan sonra qarğıdalı bişəcəyinə görə tam da bu vaxt od sönmüş və isti kömürlər qalmış olur. Onları qrilin içinə bərabər yayın və üzərinə folqaya bükülü qarğıdalıları düzün, təxminən 20 dəq, 4 dəfə çevirərək bişirin. Sonra isə 3-4 dəq. müddətində soyumağına icaze verib, daha sonra folqadan çıxarın. Qarğıdalıları bişirməyin bir metodu da elə normal kabab kimi qrilin üzərində mümkündür, belə halda da təxminən 15-20 dəq. çevirə-çevirə bişirə bilərsiniz. Folqada bişəndə daha yumşaq alınırsa da, belə bişdiyində biraz daha quru olsa da, dadı ciddi fərqlənmir.
- Hər qarğıdalının üzərinə sarımsaqlı-cəfərili yağı çəkib, üzərinə də parmezan əlavə edərək servis edə bilərsiniz.
İtalyan üsulu qarğıdalılarınız nuş olsun.
nuray
Chox gozeldir, Aygun xanim. Chox sevindim yeni yazinizi gorende.
Tamamile raziyam ki, istirahetden qayidana yeniden istirahet lazimdir. Men oz shexsi tecrubemden bilirem. En az 10 gun adaptasiya ola bilmirem. Hemchinin beynim yuklenir. Yene de gezmeye deyer 🙂
Men Gurcustanda chox fergli novu gordum. Chox iri deneleri olan qargidalilar idi. Amma deye bilerem ki, bizde olanlar ondan daha da dadlidir.
Saturday Menu
Nuray, mən də sizin şərhinizə sevindim. Hələ heç bir sosial şəbəkədə paylaşmamağıma baxmayaraq yeni mesaj görəndə sevindim ki, bloqumda yeni yazıları gündəlik izləyənlər var, xüsusən də bu qədər aradan sonra.
Mənə də 10 gün lazım gəlir adaptasiya ola bilmək üçün.
şəfəq
çox sevirəm qarğıdalını, məndə milli qarğıdalı axtarıram ama uje siz düz deyirsiz yoxdu kəndlərdə də bu sortdan əkirlər uje. Çox dadlı görünür şəkildəki qarğıdalılar.
Saturday Menu
Şəfəq, həqiqətən dadlı idi, düzü parmezanı o qədər sevirik ailəliklə, nəyə vursaq bizə dadlı gəlir. )) Amma məncə, belə qarğıdalını da hamı sınamalıdır, ən azından bəyənməsə belə, dadını görmək üçün.
Seka
Aygun xanim yene xariqeler yaratmisiz.beh beh.yayin biten vaxti yerine duwer.birde Gundeleik mektebe qoymaq ucun uwaqlara nese tez bazar hazir olan qidalar hazirlaya bilsez ela olar
Saturday Menu
Sevinc xanım, çox sağolun 🙂 Məktəb üçün bir şeylər haqqında düşünəcəm. )
nuray
Men tez-tez baxiram sizin bloqa. Maraqlidir mene chox. Bu hefte qonaq gelecek, yene de sizin bloqa muraciet edecem 🙂
Story-de olan yari butov almali keksi gozleyirem 🙂
Men sadece yazilari gec oxuyuram. Mene bu haqda “notification ” gelmir. Onu bacarmiram.
Saturday Menu
Maksimum tez yazmağa çalışacam, Nuray. Mənə də bəzən mailə gəlir bildiriş, bəzən gəlmir niyəsə..
nuray
Chox sag olun. Ele demedim. Siz her zaman chox diqqetlisiniz. Mene gelmir deye ozum gec oxuyuram.
Saturday Menu
Nuray, elə mən də o mənada deyirdim. Mən də normalda mailə gəlməlidir mesajlar. Amma bəzən gəlmir deyə gecikirəm cavab yazmağa.
Saturday Menu
Tez yazmağı isə alman alma keksi haqqında yazmışdım. Yaxın günlərdə yazmağı planlayıram.
nuray
Nese almanlarin keksleri daha bir dadli olur 🙂
Ayten
men de sizin blogu gundelik izliyirem hetta yeni paylawim gormuyende cox pis oluram hetta sizi da danliyiram ki niye teze yemek paylawmiyib sora da fikirlewirem ki bawqa iwleri de var)))) hem ön yazilari hem de reseptleri cox beyenirem. hamisini biwirmesem de oxumaq ayri zovg verir. cox saqolun ellerinize sagliq
Saturday Menu
Aytən xanım, çox sağolun oxuduğunuz və diqqət ayırdığınız üçün. Açığı son zamanlar ki paylaşım etmirdim, özüm də özümü danlayırdım. Sadəcə, nəsə mane olurdu hər dəfə. Çalışacam mütəmadi olsun yazılar. Çox sağolun bir daha.