Mayanın limonlu-xaşxaşlı incəcik peçenyeləri

Limon və xaşxaş bir-birinə çox yaraşır. İkisinin bərabər istifadə olunduğu, evdə çox sevdiyimiz  3 reseptdən biri Alice Medrich-in «Mayanın limonlu xaşxaşlı incəcikləri» peçenyeləridir. Bundan başlayım, gələcək zamanlarda isə limonlu xaşxaşlı keks və muffin reseptlərini də bölüşərəm.

Mayanın limonlu xaşxaşlı incəcik peçenyeləri
Bu reseptdən 60-64 ədəd 6 sm diametrində nazik peçenyelər alınır.

Resept Alice Medrich-in Chewy Gooey Crispy Crunchy Melt-in-Your-Mouth Cookies kitabından adaptasiya olunmuşdur. 

[wt-tip] Orijinalı xaşxaşsızdır, sadəcə fərqli variant kimi xaşxaşlı təqdim olunub. Yəni, xaşxaşı çıxararaq sadə limonlusunu da edə bilərsiniz. [/wt-tip]

• 1/4 st. təzə sıxılmış limon suyu
• 170 qr. yağ
• 2 1/2 st. un
• 1/4 ç.q. soda
• 1 böyük yumurta
• 1 böyük yumurtanın sarısı
• 1 st. şəkər tozu
• 1 x. q. + 1 ç. q. rəndələnmiş limon qabığı
• 1/4 ç.q. duz
• 1/4 st. xaşxaş

Hazırlanma qaydası:

  1. Limon suyunu bir qaba töküb bişirməyə başlayın, bir x.q. qalana kimi qaynadın.
  2. Unu, xaşxaşı və sodanı bir-birinə yaxşıca qarışdırın.
  3. Başqa bir qabda şəkər tozunu, yumurta və yumurta sarısını homogen olana kimi qarışdırın, üzərinə yağ, limon qabığı və limon suyunu tökün. Daha sonra isə unlu qarışımı üzərinə töküb xəmiri yoğurun.
  4. Xəmiri soyuducuda 20 dəq. müddətində soyudun.
  5. Sonra çıxarıb 4 hissəyə ayırın və yenidən bu hissələri soyuducuya yerləşdirin. Sobanızı 200Cº qızdırın.
  6. Təxminən bir saat sonra bir-bir çıxarıb yayın, yayılmış xəmir nə qədər incə olsa o qədər dadlı olur deyə müəəllif not yazıb, siz də nazik etməyə çalışın (təxminən 2 mm) və çox çevik şəkildə təxminən 6 sm-lik istənilən formada peçenyə kəsici ilə kəsib əvvəlcədən hazırladığınız yağlı kağız üzərinə düzün. Tələsmək vacibdir, əks halda isinən xəmiri kəsmək və idarə eləmək çox çətinləşir.
  7. Hazır olan peçenyeləri sobaya qoyun. Təxminən 6-7 dəqiqə sonra hazır olacaqlar. Kənarları azacıq qızarmış, ortası isə ağ rəngdə olacaqdır.
  8. Yerdə qalan xəmiri eyni şəkildə hazırlayın, yeni peçenyeləri kəsərkən sobadakıları unutmamağa çalışın )

Dişlədiyinizdə limonun xoş meyxoşluğu və xaşxaşların xırçıltısını yaşadacaq peçenyeləriniz nuş olsun!

Şərhlər

  1. Salam. Bayaqdan oturmuşam saytdan ayrıla bilmirəm. Mükəmməlsiniz,belə davam edin.! 🙂 Təbrik edirəm ,Sizi. Fərgli dadları sevən xanımlar üçün ən gözəl reseptlər bloqudu. Hələ-hələ faydası olan bişintilər salatlar varsa 🙂
    Məsələn qısa zamanda bibəriyəli kartoflu çorəyi edəcəm inşallah. Bu gün isə tərxunlu kartof qızartmanı. Umid edirəm ki çox bəyəniləcək. 🙂
    Uğurlar!! 🙂

  2. Saturday Menu

    Şəhla xanım, nə gözəl kommentdir. Təəssüf ki, notification gec gəlib, indi gördüm kommentinizi. Çox sevindim, bəyənmənizə, belə gözəl komment yazmanıza. Kartofu bəyəndiniz?

  3. Salam.Üzrlü sayın gec cavabladım. Tətil(qonaqlar) və uşaqlar bir an belə bekar qalmağa goymurdu məni . 🙂 Əlbəttə bəyəndim və bəyənildi. Çox gözəl alındı. suxarikləriniz var ha pomidor şorbasinda etdiyiniz. mmmm superdi o da və şorbada. Şorbanı iftar süfrəsinə hazırlamışdım. Çox təşəkkür edirəm. İndi isə Fəridə x.m ın almalı pirogunun bişməyini gözləyirəm. Sizə yazmışdım axı həvəs filan qalmayıb. bu gün sezonu açmışam. Deyirəm sobanı gurmuşkən Sizin gavalılı hilli pirogunuzu da edim.İnşallah. Hazir edim təəssüratımı sizinlə bolüşərəm. 🙂

  4. Şəhla xanım, bəyənmənizə çox sevindim. Nuş olsun hamısı. Gavalı keksi haqqında rəylərinizi də gözləyirəm. İnanıram ki, çox bəyənəcəksiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir