YAYIN MÜJDƏÇİSİ ÇİYƏLƏKLİ KEKS

Qaranquş və bənövşə yazın xəbərçisi olduğu kimi, çiyələklə alça isə mənə yaxında yay və istilər olacaq deyə xəbər verir. Yayı anormal sevdiyimə görə də bu qırmızı-yaşıl çalarlar bazarları, marketləri tutduğunda gözümə sankı işıq gəlir.

Planlarımda super blondie resepti paylaşmaq olsa da, çiyələkləri və bir-neçə adamın çiyələkli resept axtarmasını görüb fikrimi dəyişdim. Çiyələkli resept düşünəndə isə Martha Stewart-ın bəsit, tez başa gələn «Çiyələkli keks» reseptini xatırladım. Klafuti ilə keksin arasındakı yumşaqlığa malik keks çiyələyin qoxusunu, dadını qoruyur, eyni zamanda bu keks çox yumşaq və ağızda əriyən konsistensiyası var.

Çiyələkli keks
Keks 25 sm diametrində piroq qabı üçün nəzərdə tutulmuşdur, əğər belə qabınız yoxdursa, 20 sm diametrində keks qabında edə bilərsiniz, yaxşı olar ki, kənarları açılan qab olsun, çünkü keksin yapışqanlığı normadan artıqdır, qaba yapışır. Teflon ve ya silikon da ola bilər.

Bu resept Martha Stewart’s Cakes: Our First-Ever Book of Bundts, Loaves, Layers, Coffee Cakes, and more kitabından adaptasiya olunmuşdur.

• 85 qr. kərə yağı (otaq temperaturunda)
• 1½ st. un
• 1½ ç. q. qabartma tozu
• ½ ç. q. duz
• 1 st. şəkər tozu xəmir üçün + 2 x.q. şəkər tozu çiyələklərin üzəri üçün
• ½ st. süd
• 1 böyük yumurta
• 1 ç. q. vanil ekstraktı, əgər vanil ekstraktınız yoxdursa, şəkərli vanilinlə əvəz edə bilərsiniz
• 350 qr. çiyələk (orta böyüklükdə, təmizlənmiş və yarı bölünmüş)

Hazırlanma qaydası:

  1. Sobanızı 175C° qızdırın. Qabınızı yağlayıb, unlayın.
  2. Un, qabartma tozu, duzu ələyin və bir-birinə yaxşı qarışdırın.
  3. Başqa bir qabda əvvəlcə şəkər tozu və yağı qarışdırın, yaxşı olar ki, mikserlə, sonra üzərinə yumurtanı, vanil ekstraktını, daha sonra südü əlavə edib qarışdırmaq lazımdır.
  4. Sonra unlu qarışımla digərini bir birinə qarışdırın.
  5. Qabın içinə xəmirinizi töküb üzərinə yarım bölünmüş çiyələkləri bütöv tərəfi üzüyuxarı şəkildə yerləşdirin. Çiyələklər keksin səthini maksimum şəkildə örtməlidirlər.
  6. Çiyələklərin üzərinə yerdə qalan 2 x.q. şəkər tozunu səpib, keksinizi bişməyə qoyun.
    10 dəq. bişəndən sonra sobanızın dərəcəsini 160C°-yə azaldıb, təxminən 1 saat bişirin.

Çiyələkli keksiniz nuş olsun!

Qeyd: Şəkillərin və yazının müəlliflik hüququ mənə aiddir, mənbəyə istinad vermədən istifadə olunmamasını xahiş edirəm.

 

Şərhlər

  1. Salam. Bele gozel resepti bizimle bolushduyunux uchun teshekkurler. Artiq 3cu defedir edirem ve ilk defesinden o qeder dadli alinmishdi ki, bir defeye yeyildi 🙂

  2. Saturday Menu

    Size de kommentiniz uchun teshekkurler. Nush olsun. Bunu beyenmisinizse, son gunlerde paylashdigim kesmikli ve vishnelini de sinayin. Chox beyenersiniz.

  3. Novbeti hedefim odur ? Eminem ki cox beyenilecek o da. Chox sag olun, bele gozel reseptlerle bizleri sevindirmeye davam edin ?

  4. Nuray xanım, soba əvvəldən mütləq yaxşı isidilməlidir, isti olmasa da düşür. Bəzən bütün şərtlər yerində olsa belə, çiyələyin çox sulu olması nəticəsində düşür, ona bir şey eləmək olmur təəssüf ki.

  5. Aygun x, cox sag olun. Bir de men indi edirem. Zehmet olmasa mene sudu qramla deye bilersiz ? Isteyirem degig alinsin.
    Bir de ciyeleklerim donmushdur. Onla alinar ? Hal-hazirda marketde yoxdur biz terefde teze ciyalak.

  6. Donmuş çiyələklə alınacaq, amma çiyələklər çox güman ki çökəcək. Süd 120 ml. Digərlərini də qramla yaza bilərəm istəsəniz Nuray xanım.

  7. Eledim, Aygun xanim. Yarisi cokdu, amma yarisi cokmedi . Onlari salfetkaya bukdum ki, tam suyu cekilsin. Hec su salmadi. Gorumushu cox gozeldir. Chox da yumshagdir.Dadini bilmirem amma. Inshaallah, sabah sheklin chekerem baxarsiz. Teshekkur edirem size )

  8. Nuş olsun Nuray xanım. Dadını da çox bəyənəcəyinizə ümid edirəm. Çox dadlı olur. Sabah şəklini gözləyəcəm. 🙂

  9. Ozum yemeyecem. Qonshuya hediyye etmek uchun bishirdim. Inshaallah o beyener. Amma iyi, gorkemi ve yumsag olmagi cox gozeldir. Xemiri de edende hiss eledim ki, konsistensiyasi gozeldir. Maragli xemir alindi. Adeten sud ve yag birlikde cox az reseptlerde rast gelirem. Amma netice alindi. Teshekkur edirem size de komeyiniz uchun. Eziyyat verdim.

  10. Əziyyət deyil, xoşdur. Hədiyyənizi də inşallah bəyənərlər. )) Xəmirin konsistensiyası doğrudan çox çox xoş olur.

  11. Inshaallah. Bir de sizden yene xahishim var. Men ne geder vanil aliram gorurem ki, bosh sheydir. Hec iyi gelmir. Mene gozel vanil ve satilan yer deye bilersiz ?
    Bir de jelatin. Amma donuz terkibli olmayan ve tortdan iyi hiss olunmayan.

  12. Nuray xanım, mən özüm vanilin istifadə etmirəm, vanil çubuqları alıram Amerikadan, özüm ekstraktını hazırlayıram, baha başa gəlir, amma təbii olur. Vanilinlə bağlı bu səbəbdən elə də məsləhət verə bilmirəm, keçən il ekstraktım qurtaranda təcili Arifoğlu Saf vanilya aldım, bu arada saf yazmaqlarına baxmayın o da vanilindir. Rəsmən zəhər kimi çıxdı, bir bütöv keksi atmalı oldum. Başqalarını da sınamamışam. Jelatinlə bağlı isə Altunoğulları Təzə bazarın arxasında həm halal jelatini, həm də jelatinin bitki mənşəli əvəzedicisini ordan tapa bilərsiniz.

  13. Cox teshekkur edirem size. Eziyyat verdim.
    Ciyalakli ise super.Indi yeyirler. Hami “ela” dedi.

  14. Aygun xanim choox sagolun resepti paylawdiginizchun.indi hazirladim chooox gozel.ishlerinizde ugurlar size.ardi olsun bele gozel reseptlerin inshaallah

  15. Təşəkkür edirəm Zeynəb xanım. Yaxşı ki, varsınız. Nuş olsun keksiniz.

  16. Ela keksdir, indiye qeder bildiyim bütün kekslerden daha dadlıdır. Resepti oxuyub bişirmeye tereddüd edenlere sözüm: qormayın, hem asandır, hem görünüşü gözeldir, dadına ise söz ola bilmez.Resepte ve ana dilimize gözel münasibetinize göre teşekkürler!

  17. Pingback: YAZ MEYVƏLƏRİ İLƏ 5 LƏZZƏT | SaturdayMenu

  18. Salam…menim acilan qabim yoxdu tessufki…men bu keksi bawqa qabda altina yagli kagiz qoyub bisirsem alinar????

  19. Saturday Menu

    Guler xanım salam, mən özüm də şəkildəki qabda bişirirəm, teflon olduğu üçün heç kağız da qoymuram. Kənarı da açılmayandır. Sizdə qab teflon deyilsə kağız qoyun.

  20. Salam! Resept uchun teshekkur edirem 🙂 Reseptde olchu vahidini “stekan” olaraq qeyd etmisiz , stekanlar muxtelif oldugundan deqiqleshdirmek isteyerdim sohbet xrustal chay stekanindan gedir? 🙂

  21. Salam Aygün xanım. Adaşımsız ? bəli, həm xrustal, həm dədə baba nazik şüşə stəkan hər ikisi ola bilər, hətta servislərdə olan fincanlar da adətən eyni ölçüdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir