Bəzi yeməklər var ki, şansları yavər gətirib, onların adları bütöv bir kateqoriya adına çevrilib, məsələn bir çox soyuq şorbalara qaspaço deyirlər, içində əzmə olan bir xeyli peçenye çeşidinə mamul, noxud və ya başqa paxlalılardan hazırlanan çeşid-çeşid məzələrə isə humus deyirlər, dəli bitkilər və tərəvəz-göyərti qarışığı olan salatlara isə tabule. Hər birində standart, əvvəldən mövcud olan klassik deyə adlandırılır. Geri qalanlar isə zövqə, bölgəyə görə dəyişən çeşidlərdir. Bucür yeməklərdən biri də cacıkdır (bizim doğramacın kopyası :)). Klassik cacık türk və yunan (yunanlar dzadziki adlandırır) məzəsi olub, qatıq, xiyar, nanə və sarımsaqdan hazırlanır, amma sonra hər evin xanımı bir çeşid uydurmuş və bu çeşidlərin içində fərqli zövqlərə, bir də əlbəttə zamana qalib gələnlər isə mətbəx tarixində öz yerini tutmuşdur. Bugün reseptini yazacağım cacık da Türkiyənin Adıyaman regionunun reseptlərindəndir.
Resept anamın favoritlərindəndir, iftar süfrəsində çox sıx şəkildə istifadə edir.
Badımcanlı və bulqurlu cacık
Bu resept Duru Bulgur «Bulgur dishes» kitabından adaptasiya olunmuşdur.
• ½ st. bulqur (iri, yəni plovluq)
• 1 böyük badımcan
• 2 st. qatıq
• 1 x.q. nanə qurusu (təzə nanə də istifadə edə bilərsiniz)
• 1-2 diş sarımsaq
• 1 x.q neytral dadda bitki yağı (günəbaxan və ya qarğıdalı ola bilər)
• Zövqə görə duz və pul bibər
Hazırlanma qaydası:
- Bulquru yuyub, bir qazançada suyun içinə bişməsi üçün qoyun. Tam yumşalana qədər bişməlidir. Sonra suyunu süzüb, soyuması üçün qoyun.
- Badımcanı balaca, təxminən 1 sm-lik kublar şəklində doğrayın. Biraz duz tökərək gözlədin, daha sonra sıxıb acı suyunu çıxarın. Yağı tavada qızdırın, badımcan kublarını içinə tökərək arada qarışdırıraq hər tərəfli qızardın. Soyumağa qoyun.
- Qatığı tam homogen olana qədər qarışdırıb içinə sarımsağı əzərək tökün, daha sonra nanəni, bulquru və badımcanları içərisinə əlavə edin. Duzu istədiyiniz qədər əlavə edin.
- Dadlarının qarışması üçün minimum 1 saat soyuducuda saxlayın. Servis edərkən üzərinə pul bibər tökə bilərsiniz.
Badımcanlı və bulqurlu cacığınız nuş olsun! Bulqurlu başqa reseptə bu linkdən baxa bilərsiniz.