KƏSMİKLİ & VİŞNƏLİ KEKS

Xeyli müddətdir vişnəni gözləyə-gözləyə, vişnəli, eyni zamanda çox rahat hazırlanan keks resepti necə ola bilər düşünürdüm. Vişnənin ən yaraşdığı dad kəsmikdir, bu səbəbdən bu keksim də kəsmikli olsun deyə düşündüm, həm də oğlum ağartı məhsulları az yediyi üçün kalsium ilə zəngin kəsmiyi də bu üsulla yeyər düşündüm. Və yanılmadım, son bir həftəni üçüncü dəfə bişirməyə hazırlaşıram, özümüz də, oğlum da, qonaqlar da çox məmnun oldular. Çox zəngin, dolu-dolu dadı olur xəmirinin, arada rast gələn vişnələr isə turşməzə bonuslar kimi.. 🙂  Əminəm ki, bu keksi istər rahatlığına, istər əlçatanlığına görə ən az çiyələkli keks qədər sevəcəksiniz.

kəsmikli keks vişnəli keks albalili keks tvoroqlu keks

Vişnəli və kəsmikli keks

Bu resept 23 sm diametrində qab üçün nəzərdə tutulmuşdur.

• 1½ st. un
• 3 yumurta
• 1¼ st. şəkər tozu
• 300 qr. kəsmik (tam yağlı və homogen olanlardan)
• 1 ç.q. vanil ekstraktı (əgər yoxdursa, 1 ç.q. şəkərli vanilinlə əvəz edə bilərsiniz)
• 1 st. tumu çıxarılmış vişnə*
• 100 qr. kərə yağı (yumuşaldılmış)
• ½ ç.q. duz
• 2 ç.q. qabartma tozu

[wt-tip]Bu keksi xırda çiyələklərlə, moruq və böyürtkənlə də bişirə bilərsiniz. [/wt-tip]
Hazırlanma qaydası:
1. Sobanı 175˚C qızmağa qoyun. Qabınızın içinə alt hissəsinə uyğun bişirmə kağızını sərin və kənarlarını yağlayın.
2. Unu, şəkəri, qabartma tozunu, duzu geniş qabda bir-birinə qarışdırın.
3. Yumurtaları bir qabda əlinizlə (yəni mikserə ehtiyac yoxdur) qarışana qədər çalın, üzərinə kəsmiyi və vanili əlavə edin və tam qarışdırın.
4. Yağı tam yumşaldın (mikrodalğalı soba və ya qazın üzərində yumşalda bilərsiniz) və yumurtalı, kəsmikli qarışıma əlavə edin.
5. Unlu qarışımı bu qarışıma əlavə edib qarışdırın, qatı xəmir əldə edəcəkiniz, vişnələrin yarısını xəmirə əlavə edib çox ehtiyyatla qarışdırın.
6. Xəmirinizi əvvəlcədən hazırladığınız qaba töküb yayın, qalan vişnələri də üzərinə düzün və qızdırdığınız sobaya bişməyə qoyun. 50-60 dəqiqə içərisində bişəcəkdir. Tam qızarmış olmalıdır, kibrit çöpü testini amma mütləq edin, çöpünüz təmiz çıxdığı halda götürün.  30 dəqiqə soyumağa qoyun, daha sonra qabdan çıxarıb servis edə bilərsiniz.

Vişnəli digər reseptlər üçün vişnəli-badamlı keks reseptinə və şaftalılı-vişnəli kobbler reseptinə baxa bilərsiniz.

Vişnəli və kəsmikli keksiniz nuş olsun.

Şərhlər

  1. Çox sağolun. Keçen defe eledim burdakı reseptle alınmadı dedim bu defe soruşum. Ellerinize sağlıq

  2. Sidiqe xanım, çox pis oldum. Mən demək olar ki, 24 saat onlaynam, nə zaman azacıq da olsa şübhəniz oldu yazın mənə. İnşAllah bu dəfə problemsiz alınar.

  3. Saturday Menu

    Raisa xanim, men Sab istifade elemishem, düyünsüz, yeni eynicinsli istenilen kesmik uygun olar.

  4. Salam xanim men hansi kesmikden ala bilerem adini ve nece qabda olur onu deye bilərsiz

  5. Saturday Menu

    Leman xanım salam, mən Sab firmasının kəsmiyini istifadə etmişəm, kağız qablaşdırmadadır, üzərinə də klyok keçirilib, onun tam yağlı yəni 18%lisindən almışam. Qablaşdırmada 200 qr. olur, 300 qr üçün 1 və yarım qablaşdırma lazımdır.

  6. Salam, cox sagholun bele gozal reseptlari paylasdiginiza gora. 2 sualim olajag:
    1. Kesmik anladigim geder shirin olmamalidir. Duzgun anlamisham)?
    2. Qaba bisirme kagizi goymaq vajibdirmi?
    Evveljeden teshekkurler?

  7. Saturday Menu

    Gulya xanım, çox sağolun. )
    Bəli, kəsmik adi kəsmik olmalıdır. Qaba bişirmə kağızı əgər qabınız yapışdırmayan qabdırsa qoymaya bilərsiz, amma qabı yağlamaq və unlamaq şərtdir bu halda.

  8. Şəkilin gözəlliyi,ətraflı izahat və onun dadı qalsın bir qırağa insanlara bu dərəcədə diqqət ayırmanız necə böyük bir zərafətdir ?

  9. Çox təşəkkür edirəm, Nigar xanım. Bloq yazıramsa, borcumdur deyə düşünürəm. )

  10. Saturday Menu

    Salam Ruhi xanım, dietik kəsmikdirsə, 30 qr. yağ əlavə edin. Yəni, 130 qr. olsun.

  11. Terane xanim bagislayin cavab reseptde varmis))))elinize sagliq.gozel gorunur .men de edecem insallah.ciyeleyim boyukdu xirda dograyib ederem

  12. Yarı və ya dörddə bir doğrayıb bişirə bilərsiniz. Şərafət xanım, üzr istəyirəm. Amma adım Aygündür. 🙂

  13. Aygün Salam, necəsən? 🙂 Aygün, bu piroqu bişirmək istəyirəm, sadəcə mənim qabim 26 sm -dir, necə olar? Mence daha çox qalxmayacaq hə?

  14. Salam, çox sağol. Sən necəsən? Daha nazik olacaq, amma başqa problem olmamalıdır. Biraz da az biçirmək lazımdır, 45 dəq-də filan çöp ilə yoxlayarsan, təbii ki, üzəri qızarmış olsa.

  15. Aygun xanim salam.Men teze gormusem sizin sehifeni.Hal hazirda sizin resple kesmikli visneli keksi hazirlamisam.Duxovkadan cixib soyumagini gozleyirem.Kesenden sonra bilecem nece cixdigini.xeber edecem

  16. Jale xanim, kommentiniz uchun teshekkur edirem. Umid edirem, chox beyenersiniz keksi ?

  17. Salam xanım. Mən kəsmiyi özüm hazırlamaq istəyirəm süddən. Ama homogen alınmır axı kəsmik? bildiyiniz bir üsul varmı kəsmiyi hazırlamağa? Bu piroqu mütləq hazırlamaq istəyirəm kəsmikdə ilişib qalmışam.

  18. Hmm, men de ele siz dediyiniz kimi, sudden hazirlamaq metodunu bilirem. Bashqa usulu da yoxdur men bilen, hazirladiqdan sonra metbex prosessorunda homogen ede bilersiniz fikrimce. Niye alib bishirmirsiniz, oldugunuz bolgede yoxdur?

  19. Canim menim evde kesmiyim.var rayondan gəlmə adi duzsuz şordur. Ondan olarmı bisirmey birdə visne yox ciyelek varimdi gilasda. Bunlardan ede bilermmi?

  20. Shorun konsistensiyasini görmediyim üchün tam 100% cavab vere bilmerem, tvoroqa oxshayirsa, problem yoxdur. Eger ichi duyunludurse, evvelceden ezmek lazimdir. Chiyelek problem deyil, chiyelekle bishirenler var, razi qaliblar.

  21. Aminka, sheker 1 st ve bir de stekanin dordde biri, yeni yarisinin yarisi qederdir.

  22. Bishirdim. Ela cixdi. Hele qoxusuuuuuuuuu….. Ferqli shirniyyatlar uchun artiq internetde axtarish etmirem, Saturdaymenu kifayet edir.
    Teshekkurler, Aygun xanim. Supersiniz

  23. Nuray xanim, olar. Amma ehtiyac yoxdur, sadece yungulvari qarishdirmaq lazimdir. Mikserle ugrashmaqdan elle elemek rahatdir.

  24. Aygün bishirdim, əla alındı, təşəkkür. Bacımdan tutmuş iş yoldaşlarıma qədər dedim recepti 🙂

  25. Bu deqiqe piroqu yeye yeye yaziram)))bu nece bir lezzetdiiiir?cox beyendim.cox dadli oldu.tewekkur edirem.

  26. Aygun xanim , teshekkur edirem. Indi eledim. Elde chaldim. Chox gozel qabarib. Amma dadina hele baxmamisham. 🙂

  27. Salam Aleykum Aygun xanim. Bu kekdede kesmik yerine filadelfia evezlemesi aparmaq olar? ☺️

  28. Salam Vusale. Filadelfia bu reseptde uygun gelmez. Evezine rikotta pendiri istifade ede bilersiniz.

  29. Cox gozel alindi,cox dadli ve qeweng gorunuw.Cox tewekkur edirem?Yuxarida oxudum bi xanim yazmiwdi denever kesmik meselesi,uzrlu bilin elave edim denever kesmiye fiktimce azca yagli sud el edin cox az ve blenderle yumwaldin.

  30. Leman xanım, çox sağolun bişirdiyiniz, bəyəndiyiniz və məsləhətiniz üçün. 🙂

  31. Menim kekimin visneleri
    Ve ciyelekleri cox utancaqdilar ne edirem kekin uzunde qalmirlar qacirlar alta, nece edim qalsinlar ustde? ????

  32. Vusale, sizin cottage cheese ilə keksiniz necə alındı? Vişnələr və çiyələklər soba əvvəlcədən yaxşı qızmamış olanda çox vaxt içəri düşürlər, bir də sayı normadan çox olanda. Çalışın üzərinə qoyduğunuz meyvənin altında olmasın meyvə. Sobanız qızmış olsun. Normal olmalıdır. Bir də donmuş meyvələr təəssüf ki üstdə qalmır.

  33. Dadi cox gozeldi, yoldasimda mende cox beyendik. Ferqli ve dadli?. Ama dunen dediyim kimi meyveler iceri batdi. sobanin istiliyi baslayanda hazirlamaga 300F de qoymusdum isinsin deye.meyve teze idi, kecen defe ciylekli olandada bele olmusdu. Baxdim Sefeq bisirene dedim
    allah Allah hamida uzde qalir menimkiler getdi cokdu dibe?

  34. Vusale, 300F azdır əlbəttə ki, elə ona görə də çökür. 175C 350F olmalıdır.

  35. Seyden olarmiki, belke meyveler boyukdu agirliq edir? Yeni burda maximum xirdasin
    Almaga calisdim ama yenede olculer coxda xirda deyildi.

  36. Menim sobanin basi xarabdi biraz , 350 ye ona gore qoymuram hele 300 de yandirdi altin ?. 350 de ne hala salardisa. Ala eyer olarsa bele ede bilerem once 350 de isidib sonra 300 de bisirem.

  37. Hə, bir dəfə elə sına, əvvəlcədən 350F-ə qoy, sonra sal aşağı. Məsələn, çiyələkli keksdə prinsip elədir, məhz çiyələklərin düşməməsi üçündür. Kəsmikli də çox az adamda düşür, çünki, xəmir qatıdır.

  38. Salam. Butun meslehetlere bir bir emel eledim, ama bu defe ciyelekli keki pisirdim ,dunen visneli demisdim cokdu visneler ama bu gun hec bir cokme olmadi. Cox gozel alindi. Dadindan onszda subhe yoxdu, xarici gorunusde oldumu tamdir hersey.

  39. Nuş olsun. Çiyələkli daha durudur, onda qalıbsa, vişnəlidə də qalacaq. Təşəkkür edirəm bildirməniz üçün. 🙂

  40. Xanim mende bisirdim nehayet:))..
    Cox dadli alindi..
    Tesekkur edirem.saytinizda dizayninida cox beyendim Azerbaycanda demek olarki beyendiyim ilk sayt oldunuz..ugurunuz ucun tebrik edirem♡♡..
    Qisasi mohtesemsiz:)☆♡☆♡☆♡☆♡

  41. Farahnur xanım, bugün notificationları saytın niyəsə gəlməyib. İndi girdim kommentləri gördüm. Çox sevindim belə gözəl sözlərinizə görə. Nuş olsun keksiniz.

  42. Ureyim getdi kekse de sizin sevgiyle sebrle hormetle suallara cavab vermeyinize, ehsen! Izleyici olara minnetdaram? keksi ise mutleq edecem?.

  43. Aisha xanım, çox təşəkkür edirəm dəyərləndirməniz üçün. Hər zaman dediyim kimi bu işə başlamışamsa, borcumdur cavab da vermək. Bir daha təşəkkürlər. Keksi bişirəndə hər hansı sualınız olsa buyurun.

  44. Salam nazli xanimlar. Nece deyerler qonsudan qalma geri ? Men de bir defe bisirdim evde hami beyendi indi de heftede 2-3 defe bisirirem ? Dehset lezzetli teamdir ? Tesekkur edirem resept ucun ?

  45. Augun xanim zehmet olmasa mene komek ederdiz menim qabim 28 smdi en balacasi reseptde olan erzaqlari hansi olcude vurumki keksim alinsin?

  46. Narınc xanım, ikidə biri qədər artırmalısınız. Yəni reseptdəki hər şey özü + yarısı.

  47. Twkler resepte gore biwirdim hami beyendi tezde bitdi))) refiqelerimede resepti verdim ve cox razi qaldilar keksden ????

  48. Günel xanim, vishne sözü Azerbaycan lügetinde var. Kechen il albali yazdim, sorushan chox idi ki, albali nedir. Bu il lugetde kontrol etdikden sonra vishne yazdim.

  49. Aygun xanım, təşəkkür edirəm. Mövsümündə bişirərsiz. Başqa giləmeyvələrlə də eləmək mümkündür.

  50. Pingback: LİMONLU & VİŞNƏLİ ALMAN KEKSİ | SaturdayMenu

  51. Pingback: YAZ MEYVƏLƏRİ İLƏ 5 LƏZZƏT | SaturdayMenu

  52. Salam Aygun xanim mende evde pehriz kesmiyidi ondan etmek olar? Diyetik oldugu ucun hemise pehriz kesmiyi aliram resepti unutmusdum ele bilirdim ki, bu da bu kesmikden hazirlanir. Evvelden bilseydim yagli alardim. Ama dehsetli derecede bwynimw dusub busiemek isteyirem. Kecenil bisirmisdim dadi mohtesemdi.

  53. Salam Aygun xanim mende evde pehriz kesmiyidi ondan etmek olar? Diyetik oldugu ucun hemise pehriz kesmiyi aliram resepti unutmusdum ele bilirdim ki, bu da bu kesmikden hazirlanir. Evvelden bilseydim yagli alardim. Ama dehsetli derecede beynime dusub bisirmek isteyirem. Kecenil bisirmisdim dadi mohtesemdi.

  54. Nuray, mən şəxsən bişirməmişəm pəhriz kəsmiklə, amma bişirənlər var idi, şikayət eşitməmişəm onlardan. Biraz yağını artır istəyirsən, 20-30 qr. Nuş olsun. İnşAllah qəşəng alınar.

  55. Visnelerin denelirini cixarmaq lazimdirmi?indi bisirirem cvb verseniz coooox sevinerem

  56. Visnelerin denelirini cixarmaq lazimdirmi?indi bisirirem cvb verseniz coooox sevinerem

  57. Salam. Men kesmik Doyarkanin shirin kesmiyin almisham qaysili. Yaglilig 18qr-dir. Onla etmek olar?

  58. Beli, eledim cox dadli alindi eslinde cox sagolun. Sadece biraz icerisi (vishnenin suyundan mence) yash kimi olub. Sizde de ele olur?

  59. Dilara xanım nuş olsun. Xeyr məndə elə alınmır. Yaş olmur içərisi. Çox nadir hallarda belə alınan xanımlar oldu, tam olaraq səbəbini bilə bilmədim amma.

  60. Teshekkur edirem. Eslinde narahat edici islaklik deyil vishneden olar deye dushunurem cunki vishneler sulu idi. Amma her kes cox beyendi ☺️

  61. Nə gözəldir bütün şərhlərə cavab var.Dedim birini də mən yazım.İnşallah resepti skrin edim mən də bişirəcəm.Çoxsağolun.

  62. Saturday Menu

    Nəcibə xanım salam. Təşəkkür edirəm kommentiniz üçün. Mənə sizlərə cavab vermək xoşdur. Çox ümid edirəm ki keksiniz də əla alınar. ❤️❤️

  63. Salam,Aygűn xanım.Men sizin sehifenizi bu gűn tesadűfen keşf etmişem.Diş hekiminde nővbemi gőzleyende Discovery Azerbaijan jurnalini vereqleyirdim ve sizin musahibenizi gőrdűm.Bu reseptle vişneli keks bişirecem.Çox saģ olun❤

  64. Çox xoş oldu Günay xanım. Diş həkimi məsələsi maraqlı oldu. Yəqin artıq bişirmisiz və ümidvaram bəyəndiniz. Bu bloqun ən sevimli reseptidir deyə bilərəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir